Qadın cüdoçularımız Avropa Kubokunda -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Qadın cüdoçularımız Avropa Kubokunda -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün Çexiyanın paytaxtı Praqada qadın cüdoçular arasında Açıq Avropa Kuboku uğrunda turnirə start verilib. İki gün davam edəcək turnirdə Azərbaycandan olan xanım cüdoçular da mübarizəya qatılıblar. Ölkəmiz turnirdə əvvəlcədən nəzərdə tutulduğu kimi, 6 deyil, 5 cüdoçuyla təmsil olunur. Heyətdə aşağıdakı cüdoçular yer alıblar: Aydan Vəliyeva, Ayişə Qurbanlı (hər ikisi 48 kq), Səbinə Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Aytac Qardaşxanlı (63 kq).
Maraqlıdır ki, cüdoçularımızın hamısı start günü mübarizəyə qatılıb. Ayadan Vəliyeva startda avstraliyalı Lize Denqe uduzsa da onunla eyni çəkidə tatamiyə çıxan Ayşən Qurbanlı gürcü cüdoçu Natalya Kipşidzeni üstələyə bilib. 57 kq-da güləşən təmsilçilərimizdən Fidan Əlizadə ispaniyalı Marii Ruizlə bacarmadığı halda Səbinə Əliyeva gürcüstanlı Nina Loladzeni məyus edərək növbəti mərhələyə adlayıb. 63 kq-da mübarizə aparan Aytac Qardaşxanlı isə mübarizəyə 14 finaldan qatılacaq.
Qeyd edək ki, turnirdə Azərbaycan da daxil olmaqla 46 ölkəni təmsil edən 585 tatami ustası iştirak edəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



