Cəlilabad, Masallı və Lənkəran rayonlarında 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvləri üçün bayram tədbirləri təşkil olunub - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, bir sıra dini icmaların, həmçinin "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Cəlilabad, Masallı və Lənkəran rayonlarında 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvləri üçün bayram tədbirləri təşkil olunub. Keçirilən tədbirlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, həmin rayonların icra hakimiyyətlərinin məsul şəxsləri, dini icma sədrləri və şəhid anaları çıxış ediblər. Sonda şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020