Türkiyə, Naxçıvan və Bakı rəssamları Masallıda Akif Ağayev (AZpress.AZ)
Bu xəbəri paylaş
Türkiyə, Naxçıvan və Bakı rəssamları Masallıda Akif Ağayev (AZpress.AZ)
«Vətənpərvərlik etüdləri» layihəsi çərçivəsində “Masallı mənzərələri”
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Milli Məclisin deputatı Məşhur Məmmədovun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində “Masallı mənzərələri” etüdlərinin həyata keçirən rəssam qrupu (25 nəfərdən ibarət) Masallıda qonaq olub.
Bölgələrin tanıdılması və kənd turizminin inkişafına dəstək məqsədilə təşkil olunmuş layihədə iştirakçılar təyin olunmuş marşruta əsasən Masallı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini, Masallı Regional "ASAN xidmət" mərkəzini, Masallı şəhər Onbirillik İncəsənət Məktəbini və və şəhərin "Qəhrəmanlar Parkı"ndakı “Şəhidlər abidə-kompleksi”ni ziyarət ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rəssamlarla görüşüb.
Azərbaycan Rəssamlar İttifaqının üzvləri - layihə rəhbəri Elnurə İsgəndərova və etüd rəhbəri Aygün İşgəndərovanın başçılığı ilə rəssamlar təbiət qoynunda etüdlər ediblər.
Maraqlı rəsm işləri ilə seçilən rəssamlar diplomlarla mükafatlandırılıb.
Diqqətə çatdıraq ki, «Vətənpərvərlik etüdləri» layihəsi ilboyu davam edəcək və sonda YAP-ın Yasamal rayon təşkilatında sərgilənəcək.
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)












