Azərbaycan Xanımlar Klubunun təşkilatçılığı ilə "İlhamverici qadınlar" konfransı keçirilib - FOTO
Bu xəbəri paylaş
8 Mart Qadınlar Günü münasibəti ilə Azərbaycan Xanımlar Klubunun təşkilatçılığı ilə “İlhamverici qadınlar” konfransı keçirilib. Dünyanın müxtəlif ölkələrinin iştirak etdiyi konfrans Türkiyədən “Allegra Ensemble” qrupunun konserti ilə başlayıb. “Sərbülən Mənzil”in soundtrackinin də yer aldığı mini konsertdə həyəcanlı anlar yaşanıb. Konfrans çıxışları Azərbaycan Xanımlar Klubunun Bələdçisi Kamalia Xanımın təbrik çıxışları ilə başlayıb.Tuğba Yazıcı, Seher Terzi, Elif Selçuk Dr. Vüsalə Yusuf Dr. Günel Səfərova, Sevda Dadaşova, Səbinə Sultan Lalə Məmmədli adlı məruzəçilərin çıxış etdiyi konfransda qadın hüquqları, qadınların qurban olması, qadına qarşı zorakılıq kimi məsələlər müzakirə edilib. Konfrans Vüsalə Yusuf piano konserti ilə başa çatıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

