"Barokko musiqi axşamı" keçirildi (AZpress. İ.Nəriman)

"Barokko musiqi axşamı" keçirildi (AZpress. İ.Nəriman)

 

7 mart 2022-ci il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində keçirilən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, BMA-nın kontratenor səs tembrinə malik ilk tələbəsi olan Tofiq Zeynalovun 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Barokko musiqisi axşamı” adlı solo konserti keçirildi.

 

Qeyd edək ki, artıq altı ildir ki, “Gənclərə dəstək” layihəsi fəaliyyət göstərir. Fəaliyyəti ərzində onlarla musiqiçinin yaradıcılıq yoluna işıq saçmış, onları tamaşaçılara təqdim etmişdir.
Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına BMA-nın baş müəllimi İlham Nəzərovun tələbəsi olan T.Zeynalov cəmi üç ildir ki, kontratenor səs tembri ilə təhsil almaqla, qısa zaman çərçivəsində mürəkkəb texnikaya yiyələnməyə müvəffəq olmuşdur.

 

Konsertdə Q.F.Hendelin bir neçə operasından ariyalar, C.B.Perqolezi, K.V.Qlyuk, V.A.Motsart, R.Korsakov, F.Şubert və R.Şumanın əsərləri səsləndirildi.
Gənc azərbaycanlı bəstəkar Toğrul Salmanovun

 

Rafiq Odayın sözlərinə bəstələdiyi “Bu gecə” romansı isə konsertin son musiqi nümunəsi kimi maraqlı təfsirlə tamaşaçıların rəğbətini qazana bildi və konsert gurultulu alqış sədaları altında başa çatdı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020