ADDF-nun dəstəyi ilə Ankara şəhərində qadınların sosial və hüquqi problemlərinə həsr olunmuş "Zərif güclülər" layihəsinin təqdimatı keçirilib - FOTO
Bu xəbəri paylaş
Azərbaycan Diasporuna Dəstək Fondunun növbəti layihəsi “Zərif güclülər" 9 mart 2022-ci il tarixində keçirilib. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfində iki gün boyunca keçiriləcək tədbirin açılış mərasimində ilk olaraq prof.dr Aygün Attara söz verilib. Daha sonrasında layihə rəhbəri Rövşanə Ağasəfqızı və Fondun icraçı direktoru Əkrəm Abdullayev çıxış ediblər və layihənin mahiyyəti, daşıdığı önəm iştirakçılara çatdırılıb. Qonaqlar arasında Azərbaycanın Türkiyədəki Səfirliyinin baş katibi Aygün Qocateva, Kırıkkale Üniversitesi öğretim üyesi dr. Elif Akar, Ankara Avukatlar bürosu üzvü Erhat Aznevi və layihənin koordinatoru Azərbaycan Dövlət Televiziyasının jurnalisti Afaq Vasifqızı çıxış etdilər.
Ankara şəhərinə köçüb yaşayan və türk vətandaşları ilə ailə həyatı quran qadınlarımızın hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirilən layihə çərçivəsində bir çox işlər görüldü . Ankara Universiteti hüquq fakultəsinin müəllimi Ləman Süleymanlı və beynəlxalq hüquqşünas, vəkil Zeynep Deniz Altınsoyun iştirakı ilə müzakirələrin yer aldığı panel keçirildi.
“Zərif güclülər” layihəsi çərçivəsində qeyri-bərabər əmlak bölgüsü, valideynlik hüququ və digər vacib məsələlərlə bağlı məhkəmə qərarlarından narazı qalan, maariflənməyə ehtiyacı olanların siyahısı hazırlandı .Ailə-məişət problemləri və boşanmalar zamanı problemlərlə üzləşən qadınlar dəyirmi masaya dəvət edildi. Onların üzləşdiyi hüquq bərabərsizliyi mövzusunda yaranan problemlər dinlənildi. Bu qadınların cəmiyyətdəki rolu, zərif cinsin nümayəndələrinin heç kimdən asılı olmadan öz hüquqlarından irəli gələn vəzifələrini bilməsi və yerinə yetirməsi, iqtisadi, və s. hüquqlara görə kişilərlə bərabərliyi məsələsində maarifləndirici təlimlər keçildi. Ölkəmizdə davamlı olaraq aparılan islahatlar, bütün sahələri əhatə edən yeniliklər öz hüquqlarını bilməyən qadınların maarifləndirilməsi, xüsusən də onların hüquqlarının qorunması və azadlıqların təmin olunması istiqamətində qanunvericilik bazalarının genişləndirilirməsi bizə bu layihə çərçivəsində boyük imkanlar yaradacaqdır. Layihənin əsas məqsədi qadınların problemlərinin həllinə və onların hüquqi maarifləndirilməsi istiqamətinə yönəlib. Evlilik məqsədi ilə Türkiyəyə gələn qadınlar miqrasiya idarəsi ilə bağlı məlumatlandırıldı, evlilik üçün lazımı olan sənədlərin necə toplanmasında hüquqi məsləhət verildi.
10 mart tarixində də davam edəcək layihədə sosial-hüquqi haqsızlıqlarla qarşılaşan qadınlarla fərdi konsultasiyalar keçiriləcək. Davamlılığı təmin ediləcək layihə onlayn platformalar üzərindən davam edəcək.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)











