Əməkdar artist Sona xanım Mikayılovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirildi (AZpress.AZ. İ.Rüstəm, +FOTO=9)

Əməkdar artist Sona xanım Mikayılovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirildi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=9)

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 9 mart 2022 - ci il tarixində tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti Sona xanım Mikayılovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

 

Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq hər kəsi salamladı və öz təbriklərini söylədi. Daha sonra tədbiri muzeyin elmi katibi Aytən Məmmədova davam etdirdi. O, aktrisanın sənət fəaliyyətindən ətraflı söhbət açdı və ardınca sözü tədbir iştirakçılarına verdi.
Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Dövlət Yuğ Teatrının direktoru İslam Həsənov, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrşünas,Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov, rejissor Gümrah Ömər, Əməkdar artist Gülşad Baxşiyeva, Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Gülzar Qurbanova və başqaları Sona xanımı ad günü münasibətilə təbrik etdilər və onunla bağlı öz ürək sözlərini bölüşdülər. Təbriklərə eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Hümbətova da qoşuldu.

 

Tədbir çərçivəsində S. Mikayılovanın həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olundu. Həmçinin aktrisanın oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər də izlənildi.
Eləcə də yubilyarın şərəfinə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi kollecinin tələbəsi Məryəm Babayeva musiqi nömrələri ilə çıxış etdi. Onu tarda Rəsul Məmmədov, kamançada Elvin Qədimov, nağarada Mircabbar Ağalarov müşayiət etdilər. Qonaqlar həmçinin Bakı Musiqi Akademiyasının tələbəsi Toğrul Abdullayevin skripkada ifasında Fikrət Əmirovun “Muğam poeması”-nıda dinlədilər.

 

Tədbirdə incəsənət xadimləri, sənət adamları, muzey əməkdaşları, media nümayəndələri, yubilyarın ailə üzvləri və dostları iştirak etdilər.
Sonda qonaqlarla birgə xatirə şəkilləri çəkildi.

 

“Covid-19” pandemiyası ilə əlaqədar mövcud qaydalara riayət olundu.


 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020