MEK-in “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi”nə kitablar daxil olub +FOTO=3

MEK-in “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi”nə kitablar daxil olub 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi”nə kitablar daxil olub.

 

Kitablar sırasında “Heydər Əliyev – İlham Əliyev: Azərbaycançılığın zəfər yolu” (Eynulla Mədətli), “İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi” (Rasim Məmmədov), “Zəfər aparan yol” (Misir Mərdanov), “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası. Sənədlər və materiallar toplusu” (Ədalət Qasımov), “Zəfərə aparan illər- 60”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya”, “Qarabağ Azərbaycandır! Zəfər epopeyası”, “Vətən və iman”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “İlham Əliyev və musiqi mədəniyyəti”, “İnkişaf – məqsədimizdir. İlham Əliyev“, “Vətən müharibəsi yerli və xarici mediada”, “Prezident İlham Əliyevin Azərbaycanın inkişaf strategiyası: fəlsəfi, sosioloji və siyasi təhlil”, “Идущий впереди. К 90-летию Гейдара Алиева”, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans materialları, “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransının materialları, “Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı” mövzusunda Respublika elmi konfrasnının materialları, “Heydər Əliyevin Azərbaycançılıq ideologiyası filoloji fikir kontekstində” mövzusunda Respublika elmi konfransının materialları və digərləri yer alıb. Sözügedən nəşrlərdə dahi lider Heydər Əliyevin dövlət siyasəti və ümummilli liderin layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin 44 gün davam edən II Qarabağ müharibəsi zamanı xarici KİV-ə verdiyi müsahibələr, yürütdüyü uğurlu siyasət və bu səpkidə dəyərli məlumatlar öz əksini tapıb.

 

Qeyd edək ki, nəşrlər Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti, AMEA Rəyasət Heyəti, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, AMEA Tarix İnstitutu, Azərnəşrdən MEK-ə daxil olub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020