Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin əməkdaşları üçün təlim keçirilib

9 mart 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında  “Effektiv kommunikasiyalar” mövzusunda təlim keçirilib. Təlimdə Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova, qeydiyyatçılar: Cəmilə Xudiyeva,  Leyla Həsənova, Aysel Kazımlı, Qərənfil Mehdiyeva, Zivər Babayeva, Nərmin Allahverdiyeva,  Nərmin Abbaszadə, Nigar Behbudova, Günel İsmayılova və Əsmər Ağayeva, Çağrı Mərkəzinin operatorları: Gülşən Şahverdiyeva və Gülçöhrə Budaqova  iştirak ediblər.


Təlimi biznes təlimçi və konsultant İlham Əfəndiyev aparıb. O, effektiv kommunikasiyaların əhəmiyyətindən danışaraq, qeyd edib ki, effektiv kommunikasiya sadəcə informasiya mübadiləsi deyil, həm də məlumatın dəqiq çatdırılması ilə yanaşı, deyilənlərin tam mahiyyətini başa düşməyə şəraitin yaradılmasıdır. Bu zaman dinləyən tərəf əmin olmalıdır ki, onun verdiyi məlumat başa düşülür və qəbul edilir.


Təlimçi həmçinin, qeyd edib ki, effektiv kommunikasiyanın məqsədi davamlı əlaqələr, o cümlədən hər iki tərəf üçün faydalı iş əlaqələri qurmaq və bu əlaqələri qoruyub saxlamaqdır. Müəyyən qaydalara əməl etməklə, insanlara düzgün yanaşma metodları tapmaqla, düşüncələri aydın və tez çatdırmaq bacarığını təkmilləşdirməklə effektiv kommunikasiya qurmaq mümkündür. Təlimin sonunda İlham Əfəndiyev təlim iştirakçılarının suallarını cavablandırıb və  birlikdə kollektiv xatirə şəkli çəkdiriblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020