Asəf Quliyev: Rusiya sülhməramlı"larının Qarabağı tərk etməsi xəbərinə skeptik baxış

Asəf Quliyev: Rusiya “sülhməramlı"larının Qarabağı tərk etməsi xəbərinə skeptik baxış

Asəf Quliyev: Rusiya “sülhməramlı"larının Qarabağı tərk etməsi xəbərinə skeptik baxış 

 

BİRİNCİ EHTİMAL – Bu yanlış xəbərdi. Sadəcə Azərbaycanda müəyyən qrup isteblişment bu xəbərlə manipulyasiya edir.

 

İKİNCİ EHTİMAL – Rusiya doğurdan da Ukraynada əlavə qüvvəyə ehtiyac duyur və Qarabağdakı qüvvələrin bir qismini Qərb cəbhəsinə göndərir.

 

Birinci ehtimaldan çıxan nəticə - Azərbaycanda müəyyən qüvvələr və yaxud da PR texnoloqlar Qarabağdakı ermənilərin özbaşnalıqlarına əsəbi reaksiyanı cilovlamaq üçün PR-manevr edir və bununla da auditoriyanı sakitləşdirməyə çalışır. Məntiqi nəticə budur ki, darıxmayın qoy rus getsin, görün onların başına nə oyun açacağıq.

 

İkinci ehtimaldan çıxan nəticə - Rusiya ehtiyac duyduğu qüvvələri doğurdan da Ukraynaya göndərir və Qarabağda müəyyən gərginlik yaradır. Bu zaman özü üçün iki məsələni həll etmiş kimi görünür:

 

1) Azərbaycan yaranmış situasiyada antiterror əməliyyatlara start verir bunun nəticəsində Qərbdən gələn təpkilər Azərbaycanı Qərblə üz-üzə qoyur;

 

2) Qarabağa sülhü məhz rus silahının gətirdiyini dünyaya “sübut etmiş” olur.

 

Hər iki ehtimal təhlükəlidir...

Amma üçüncü ehtimal da var: Ukraynada burnu əzilən Rusiya sadəcə Qarabağdan və Qafqazdan gedir. Bu ehtimal isə arzuolunan olsa da, inandırıcı deyil.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020