GİMNAZİYADA COĞRAFİYA İNSTİTUTUNUN RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB +FOTO=5

GİMNAZİYADA COĞRAFİYA İNSTİTUTUNUN RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB 

 

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovla görüş keçirilib.

 

Elm və təhsilin vəhdəti istiqamətində təşkil edilən tədbirdə Gimnaziyanın rəhbərliyi, coğrafiya kafedrasının nümayəndələri, Kiçik Akademiyanın coğrafiya bölməsində fəaliyyət göstərən şagirdlər, BDU-nun “Sabah qrupu”nun Gimnaziyada pedaqoji təcrübə keçən bir qrup tələbəsi, eləcə də Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov iştirak ediblər.

 

Görüş “Şuşa ili” çərçivəsində Qarabağın coğrafiyası mövzusuna həsr olunub. Gimnaziyanın İstedadlı şagirdlərinin Qarabağ və işğaldan azad edilmiş rayonların coğrafiyasına dair təqdimatları dinlənilib. Sonra şagirdlər İnstitut rəhbəri Zakir Eminovun elmi fəaliyyətinə həsr etdikləri videofilmi nümayiş etdiriblər.

 

Zakir Eminov çıxış edərək şagirdlərə Coğrafiya İnstitutunun fəaliyyəti, İnstitut alimlərinin orta məktəblər üçün nəşr etdirdikləri və özünün müəllifi olduğu çoxsaylı coğrafiya dərslikləri və s. haqqında məlumat verib. Görüşdə Gimnaziyanın elmi müəssisələrlə əməkdaşlıq perspektivləri müzakirə edilib. Z.Eminov şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması, İnstitutun imkanlarından istifadə məsələləri ilə bağlı təkliflər edib, Gimnaziyanın kitabxanasına qiymətli kitablar hədiyyə edib. Alim şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020