Hərbi attaşelər İqlim Elmi İstehsalat müəssisəsini ziyarət ediblər +FOTO=4

Hərbi attaşelər “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər +FOTO=4

Hərbi attaşelər “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər 

 

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər.
Hərbi attaşelərə müəssisənin fəaliyyəti və istehsal olunan atıcı silahlarla bağlı ətraflı məlumat verilib.
Nümayəndələr müəssisədə istehsal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini izləyiblər. Bildirilib ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilməklə yanaşı, ixracı da həyata keçirilir.
Qonaqlar burada, həmçinin istehsal olunan hərbi təyinatlı məmulatlarla bağlı sərgiylə tanış olublar.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkili çəkdirilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020