M.S.Ordubadinin anadan olmasının 150 illik yubileyi münasibətilə Ürəklərdə yaşayan sənətkar adlı tədbir keçirilib +FOTO=20

M.S.Ordubadinin anadan olmasının 150 illik yubileyi münasibətilə “Ürəklərdə yaşayan sənətkar” adlı tədbir keçirilib +FOTO=20

M.S.Ordubadinin anadan olmasının 150 illik yubileyi münasibətilə “Ürəklərdə yaşayan sənətkar” adlı tədbir keçirilib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə M.S.Ordubadinin Xatirə Muzeyi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin anadan olmasının 150 illik yubileyi münasibətilə “Ürəklərdə yaşayan sənətkar” adlı tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə M.S.Ordubadinin Xatirə Muzeyinin direktoru L.Abas-zadə açıb. O, yazıçının həyat və fəaliyyətindən söhbət açıb. Məmməd Səid Ordubadinin Azərbaycan ədəbiyyatında rolundan, onun əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edilməsindən danışıb.

 

Tədbirdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Himalay Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Təyyar Cavadov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent Qüdrət Umudov, Bakı Dövlət Universitetinin müəllimi, Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Şəhla Hüseynova, Təbrizdə nəşr olunan "Muşovdağı" jurnalının təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, filologiya elmləri doktoru, professor Vaqif Yusifli çıxış edərək görkəmli dramaturqun həyat və yaradıcılığına işıq salıblar.

 

Bədii əsərləri, publisistikası ilə maarifçilik ideyalarının təbliğatçısı, tarixi həqiqətlərin obrazlı ifadəçisi olan Xalq yazıçısı Məmməd Səid Ordubadinin ədəbi irsi əsrlərdən-nəsillərə bir örnəkdir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020