YAP Ağcabədi rayon təşkilatının üzvləri şəhid Xəyal Həziyevin ailəsini ziyarət ediblər (AZpressAZ -Mais İbrahimov +FOTO=9)

YAP Ağcabədi rayon təşkilatının üzvləri şəhid Xəyal Həziyevin ailəsini ziyarət ediblər (AZpressAZ -Mais İbrahimov +FOTO=9)

YAP Ağcabədi rayon təşkilatının üzvləri şəhid Xəyal Həziyevin ailəsini ziyarət ediblər (AZpressAZ -Mais İbrahimov +FOTO=9)

 

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının üzvləri Novruz bayramı ərəfəsində şəhid Xəyal Həziyevin ailəsini ziyarət ediblər.

 

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov 30 ilə yaxın düşmənin işğal altında qalan torpağımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən azad edilməsində qəhrəmanlıq göstərmiş döyüşçülərimizin sücaətindən danışıb. Şəhid Xəyal Həziyev kimi oğulların canı, qanı bahasına böyük Qələbənin əldə edildiyini qeyd edərək, bütün şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib. Bildirilib ki, qorxmaz, cəsarətli və vətənpərvər gənc olan Xəyal Həziyev müharibənin ilk günündən könüllü olaraq ordu sıralarına yazılıb, Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Şəhidin atası Feyruz Həziyev və anası Məlahət Həziyeva göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, övladlarını itirsələr də, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz tərəfindən 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi dərdlərinə məlhəm olub.
YAP rayon təşkilatının üzvləri şəhid Xəyal Həziyevin xatirəsinə düzəldilmiş guşəyə baxış keçiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020