Masallıda şəhid qardaşların ailəsi ziyarət edilib Akif Ağayev (AZpress.AZ)

 Masallıda şəhid qardaşların ailəsi ziyarət edilib

Vətən Müharibəsi Qəhrəmanının adını daşıyan oğlunun doğum günündə

Masallı rayonunun Viləş kəndində şəhid qardaşların – Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin və Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərlinin ailəsi ziyarət edilib.

Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Aybəniz Qafarova, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, RİHB-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və digər məsul işçilər şəhid ailəsi ilə görüş zamanı Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərlinin adını daşıyan övladı – balaca İntiqamı doğum günü münasibətilə təbrik edərək, ailə üzvlərinin qayğıları ilə maraqlanıb, Vətənin igid övladlarına Allahdan rəhmət diləyiblər.

Vətən uğrunda canından keçmiş Nurlan və İntiqam Əsgərli qardaşlarının valideynləri - Ziba və Bayram Əsgərovlar övladları ilə fəxr etdiklərini və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, Nurlan Əsgərli Aprel döyüşlərində, İntiqam Əsgərli isə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəliblər. Hər iki qardaş Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyat bölüyundə xidmət edib.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020