Pakistanın səfiri Bakı Musiqi Akademiyasında (AZpress.AZ İ.Nəriman, +FOTO=18)

Pakistanın səfiri Bakı Musiqi Akademiyasında (AZpress.AZ İ.Nəriman, +FOTO=18)

 

 

14 mart 2022-ci il tarixində Pakistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur. Cənab səfir BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın

 

Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşmüşdür.

 

Görüş zamanı iki dost ölkə-Azərbaycan və Pakistan arasında mədəni əməkdaşlıq, musiqi təhsilinin inkişafı, ali musiqi təhsili ocaqları arasında daha sıx əlaqələrin yaradılması kimi məsələlər müzakirə edildi. Həmçinin, iki ölkənin tarixi inkişafı, etnik xüsusiyyətləri və müxtəlif məsələlər ilə bağlı söhbətlər aparılmışdır.

 

Sonra cənab səfir bədii rəhbəri Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə, dirijoru BMA-nın müəllimi Taleh Qəmbərovun rəhbərliyi ilə

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Nəfəs və zərb alətləri" orkestrinin ifasında "Mera Pagam Pakistan", "Sohni Dharti" əsərlərini dinlədilər.

 

Bunun ardınca Bakı Musiqi Akademiyasının Böyük zalında Xalq artisti, professor Yeganə Axundovanın, həmçinin "Fortepiano, orqan və klavesin" kafedrasının Əməkdar müəllimi, Əməkdar incəsənət xadimi, professor Rasimə Babayevanın ifası qonaqlara təqdim edildi.

 

Pakistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli ilə görüşü xoş təəssüratlar, rektora təqdim edilmiş hədiyyə və birlikdə çəkilmiş xatirə şəkli ilə başa çatdı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020