“Dostluğun sehri” IV Beynəlxalağq Uşaq Rəsm müsabiqəsi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=31)
Bu xəbəri paylaş
“Dostluğun sehri” IV Beynəlxalağq Uşaq Rəsm müsabiqəsi (AZpress.AZ, İ.Rüstəm, +FOTO=31)
Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 14 mart 2022-ci il tarixdə “İdaman – sağlamlıq, dostluq, birlik” mövzusunda “Dostluğun sehri” adlı IV Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin yekun tədbirini keçirdi.
Müsabiqəyə 18 ölkənin 133 məktəb, müəssisə və təşkilatlarından 1500-dən artıq uşaqlar qatılmış, 1585 rəsm işi təqdim olunmuşdu. 6-17 yaşlı uşaqlar çəkdikləri bir-birindən maraqlı, rəngarəng rəsmlərdə idman və ətraf mühit, idman və sülh, idman və texnologiya, idman və mədəniyyət, idman və dostluq mövzularının əks etmişdilər.
Müsabiqə 2 mərhələdə – seçim turu və qaliblərin müəyyənləşdirlməsi üzrə keçirilmişdir. Peşəkar rəssam və mütəxəssislərdən təşkil olunan münsiflər heyəti tərəfindən rəsm işləri seçilmiş, bunlardan 37 iş I, 29 iş II, 28 iş III və həvəsləndirici yerlərə layiq görülmüşdür.
Yekun tədbirdə müsabiqəyə qatılan uşaqların qalib rəsm işlərinin sərgisi təşkil olundu və təltifetmə mərasimi keçirildi.
Tədbirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən Türkiyə Respublikası, Latviya Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Çin Xalq Respublikası, Qətər Dövləti, Misir Ərəb Respublikasının səfirliklərinin nümayəndələri, Təhsil Nazirliyinin nümayəndəsi, görkəmli rəssamlar iştirak etdilər və qalib uşaqların mükafatları təqdim olundu. Təltifetmə mərasimində mərkəzin bədii kollektivləri də çıxış etdilər.
Digər qalib ölkələrin diplom və hədiyyələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təqdim ediləcək.
#3nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi #ugim-3@mk.edu.az#məktəbdənkənar
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






























