Masallıda dini fanatizm, radikalizm və ekstremizm mövzusu müzakirə olunub Akif Ağayev (AZpress.AZ)
Bu xəbəri paylaş
Masallıda dini fanatizm, radikalizm və ekstremizm mövzusu müzakirə olunub Akif Ağayev (AZpress.AZ)
Şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis və Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə "Dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib.
Maarifləndirmə tədbirində Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev, rayon təhsil şöbəsinin müdiri Taryel Əkbərov, Masallı şəhər 1 saylı tam orta məktəbinin direktoru Mehriban Sultanova, müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda ölkəmizdə hökm sürən ictimai-siyasi və dini sabitlikdən, dini fanatizm, radikalizm və ekstremizmə qarşı mübarizə, o cümlədən dini amillərdən istifadə edərək radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə gənc nəslin rolundan, bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb.
Sonda mövzu ətrafında müzakirələr olub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


