NOVRUZ VƏ ADƏT-ƏNƏNƏLƏRİMİZ Akif Ağayev (AZpress.AZ)

“NOVRUZ VƏ ADƏT-ƏNƏNƏLƏRİMİZ” Akif Ağayev (AZpress.AZ)

 “NOVRUZ VƏ ADƏT-ƏNƏNƏLƏRİMİZ”

 

Masallıda “Novruz və adət-ənənələrimiz” adlı tədbir keçirilib.

Novruz bayramı münasibətilə Masallı Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə muzeyin əməkdaşları, şəhər 3 və 6 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva xalqımızın qədim bayramlarından olan Novruzun mənşəyi və yaranma tarixi haqqında danışıb. O, qeyd edib ki, Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib.

Ə.Tağıyeva Novruz bayramının xalqımızın həyata nikbin baxışını, təbiətin və insanlığın qələbəsinə inamı özündə əks etdirən, bugünədək özünəməxsusluğunu qoruyan unikal bayram olduğunu diqqətə çatdırıb.

Muzeyin elmi işçisi Dilgüşə Məmmədova Novruz bayramının xalq arasında yaşadılan ənənələrindən, Novruzla bağlı xalq oyunlarından, bayram günlərində bişirilən milli şirniyyat və digər nemətlərdən danışıb.

Sonda qonaqlar bayramla əlaqədar qurulmuş sərgiyə baxıblar.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020