Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında energetika sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib
Bu xəbəri paylaş
230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Qaradağ GES-in təməlinin qoyulması iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirilib. Azərbaycan xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi dəyərləndirilib.
Söhbət zamanı bərpa olunan enerjinin bir çox istiqamətləri, həmçinin təbii qaz, hidrogen və elektrik enerjisi sahələri üzrə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com