Ağcabədidə növbəti səyyar qəbul keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=21)

Ağcabədidə növbəti səyyar qəbul keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=21)

Ağcabədidə növbəti səyyar qəbul keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=21)

 

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu martın 16-da Bayraq Muzeyində keçirilib.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, rayon sakinləri ilə keçirilən görüşdə İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
İcra başçısı Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik edib,onlara can sağlığı, bol ruzi-bərəkət arzulayıb.

 

Vətən müharibəsində qazandığımız qələbəyə, Azərbaycanın beynəlxalq nüfuzuna diqqət çəkən R.Hüseynov qeyd edib ki, bu zəfər Prezident, xalq və ordu birliyinin, milli həmrəyliyimizin parlaq nümunəsidir. Aparılan düzgün siyasət, dövlətimizin qüdrəti, ordumuzun döyüş qabiliyyəti Azərbaycanın nüfuzunun daha da artmasına səbəb olub.

 

Bu gün Qarabağda əvvəlki xoşbəxt həyatın bərpası üçün görülən işlərdən danışan natiq torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyib,qazilərimizə can sağlığı arzulayıb.
İcra başçısı çıxışında həmçinin son zamanlar rayonumuzda həyata keçirilən quruculuq, abadıq işlərindən, inkişafdan danışıb, bununla yanaşı, həlli vacib olan müəyyən problemlərə də toxunub, enerji təminatında,suvarmada, səhiyyə xidmətində olan çatışmazlıqlardan söz açıb.

 

Sonra sakinlərin müraciətləri dinlənilib, onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətindəmüəyyən tapşırıqlar verilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020