“Bir Könüllü” Təşkilatı Qusar rayonunun Urva kəndində master-klas təşkil edib +FOTO=30
Bu xəbəri paylaş
“Bir Könüllü” Təşkilatı Qusar rayonunun Urva kəndində master-klas təşkil edib
17 mart tarixində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Qusar rayonunun Urva kənd tam orta məktəbində şagirdlər arasında Novruz bayramı münasibətilə eko çantalar üzərində rəsm çəkmək üzrə interaktiv master-klas keçirilib.
“Bir Könüllü” Təşkilatının sədri Ülvi Əlizadə ilk master-klasın Qusarın Urva kədində keçirildiyini, bu tip tədbirlərin davamlı olacağını bildirib.
Daha sonra ictimai birliyin əməkdaşları Urva kəndində Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə canlarını qurban vermiş qəhrəman şəhidlərimizin ailələrini ziyarət edərək, onlara bayram sovqatı çatdırıblar.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





























