YARAT Müasir İncəsənət Məkanı multidistiplinar rəssam CHINGIZ-in “İNSƏN” adlı yeni fərdi sərgisini təqdim edir (AZpressAZ, B.Əqdəs, +FOTO=14)
Bu xəbəri paylaş
YARAT Müasir İncəsənət Məkanı multidistiplinar rəssam CHINGIZ-in “İNSƏN” adlı yeni fərdi sərgisini təqdim edir (AZpressAZ, B.Əqdəs, +FOTO=14)
“İNSƏN”, CHINGIZ-in şəxsi təcrübə prizmasından qaynaqlanan və cəmiyyətin fərqli aspektlərini işıqlandırdığı immersiv fərdi layihəsidir. Rəssamın emalatxanasının prototipi kimi çıxış edən,
bununla yanaşı canlı, daima inkişafda olan vahid orqanizm kimi təqdim edilən layihə, interaktiv və prosesdə olan sərgidir. Sərginin əsas qəhrəmanı isə zamanın nəbzi və nəfəsi ilə yaşayan/dəyişən İnsan və onun əməlləridir. Bu ideyanı açıqlamaq üçün dövrün metamorfozlarını, təsir və əks
təsirlərini təcəssüm edən heykəl və instalyasiyalar müxtəlif situasiyaların göstəricisi qismində çıxış edir. İnsan və onun ətrafı, hissləri və emosiyaları, təzad və alternativləri üzərində fokuslanan sərgi, baş verən bütün proseslərin mərkəzi, əsas iştirakçısı və performeri insanın özünün olmasını vurğulayır.
Layihəni avtobioqrafikləşdirən rəssam, şəxsi məkan prinsipini emalatxana prototipində inkişaf etdirərək, onu əhatə edən reallıqdan bəhs edir. Sərgi, insanların müxtəlifliyini vurğulayaraq, həm də eyni insanın təkrarlanan həyat situasiyalarında özünü başqa cür aparmasını bildirir, həmçinin onun individual və ziddiyyətli xasiyyətləri haqqında danışır...
Sərgi, CHINGIZ-in formalaşmasına əhəmiyyətli təsir göstərmiş atasıTofiq Babayeva həsr olunur.
Sərginin kuratoru Fərəh Ələkbərlidir. CHINGIZ (Çingiz Babayev, d.1964, Azərbaycan) – heykəltəraş, rəssam, dizayner, nəzəriyyəçi, şair və filosof. Onun yaradıcılıq təcrübəsi rəngkarlıq, qrafika, heykəl, kollaj, strit-art, instalyasiya,performans, video-art və digər fərqli mediaları özündə birləşdirərək, müxtəlif ideyaların həyata keçirilmə imkanlarını araşdırır. CHINGIZ-in əsərləri Bakı Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli Xalça Muzeyində, “Vahid Kooros” kolleksiyasında, həmçinin Rusiya, Ukrayna, Vyetnam, ABŞ, Böyük Britaniya, Avstriya, İtaliya, Estoniya, Fransa, Polşa, Finlandiya, Norveç, İsveçrə, Dominikan Respublikası, Qırğızıstan və İranın şəxsi və muzey kolleksiyalarında saxlanılır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)













