"Bahar Çələngi" lahiyəsi çərçivəsində tədbirlər davam edir (AZpress.AZ, İ.Rüstəm, +FOTO=20)
Bu xəbəri paylaş
"Bahar Çələngi" lahiyəsi çərçivəsində tədbirlər davam edir (AZpress.AZ, İ.Rüstəm, +FOTO=20)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Bahar Çələngi" lahiyəsinin icrasi ilə bağlı 01mart 2022ci il tarixli F-85 nömrəli əmrinin icrasini təmin etmək məqsədi ilə Məktəb Lisey Kompleksinin tədbirlər planı hazırlanmışdı.Tədbirlər planına əsasən məktəbdə müxtəlif silsiləli tədbirlər keçirilmişdir.
Novruz Bayramı ilə əlaqədar olaraq məktəbin müəllimləri İsmayılova Zümrüd və Rüstəmova Aynurənin rəhbərliyi altında "Elimizə Bahar gəlir" adlı tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər iştirak edirdi.
Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz Bayramına aid mahnilar ifa edildi,şeirlər səsləndirib maraqli səhnəciklər nümayiş etdirildi. Şagirdlərin ifasında xalq oyunları, keçəl və kosanın məzəli əhvalatları tədbirə rəngarənglik gətirdi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



















