Gələcəyimizi qorumaq hamımızın borcudur Akif Ağayev, +FOTO=11 (AZpress.AZ)
Bu xəbəri paylaş
Gələcəyimizi qorumaq hamımızın borcudur Akif Ağayev, +FOTO=11 (AZpress.AZ)
Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması sahəsində həyata keçirilən layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılır, yeni uşaq bağçaları tikilir.
Masallı rayonunun ehtiyacları nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu rayonda inşa olunan yeni uşaq bağçaları həyata keçirilən layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir.
Növbəti körpələr evinin açılışı martın 19-da, şəhərin Səməd Vurğun küçəsində olub. Masallı şəhər 1 saylı uşaq bağçası körpə fidanların ixtiyarına verilib.
Bağçanın açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, RİHB aparatının məsul işçiləri, Milli Məclisin üzvləri Məşhur Məmmədov, Anar İsgəndərov, Heydər Əliyev Fondunun nümayəndələri iştirak ediblər.
Çıxışlarda uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu xüsusi qeyd edilib. Bu sahədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyi vurğulanıb. Bildirilib ki, Masallı şəhərində körpə fidanların üzünə açılan körpələr evi-uşaq bağçası da bu mərhəmətin, diqqət və qayğının parlaq nümunəsidir.
Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondunun təşəbbüsü, Masallı rayonundan olan gənc sahibkar xanım Mədinə Şahbazovanın maliyyə dəstəyilə tikilən yeni, yaraşıqlı bağçada 100 uşaq dincələcək. Bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb, uşaq əyləncə qurğuları quraşdırılıb. Uşaqların normal təlim-tərbiyəsi, istirahəti üçün hər cür şərait yaradılıb.
İki mərtəbəli bir korpuslu bağça binası zəruri mebel və avadanlıqlarla, kompüter kabineti və əyani vəsaitlərlə təchiz edilib. Binada mətbəx, bufet, məşğələ, yataq, tibb, idman, musiqi, soyunub-geyinmə otaqları, akt zalı var. Camaşırxana, ərzaq, tərəvəz anbarları da kollektivin nümunəvi xidmətini tamamlayır.
Sevinirik ki, burada masallılı körpə fidanlar əylənib istirahət edəcək, elmə gedən yolun başlanğıcına bələd olacaq, gələcəyin sağlam vətəndaşı kimi yetişəcəklər.
Akif AĞAYEV,
MASALLI.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)










