"Yeni adlar" layihəsi çərçivəsində konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=6)

"Yeni adlar" layihəsi çərçivəsində konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=6)

 


18 mart 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar" layihəsi çərçivəsində konsert keçirildi.

 

Öncə çıxış üçün söz Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayevaya verildi.

 

Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə keçirildi.

 

Tamaşaçılara xoş təəssüratlar bağışlayan konsertin solistləri - Respublika və Beynəlxalq müsabiqələr laureatları Məhəmmədəli Paşazadə (klarnet), Eldəniz Ələkbərzadə (piano), prezident təqaüdçüsü Orxan Hüseynov (violonçel) uğurla çıxış etdilər.

 

Konsert proqramında M.Ravelin Sol əl üçün D dur konserti, P.İ.Çaykovskinin "Rokoko mövzusunda variasiyalar"ı op.33 (üç hissə), K.Veberin klarnet və orkestr üçün N.1 konserti f moll (üç hissə) səsləndirildi.

 

"Yeni adlar" layihəsi çərçivəsində baş tutan konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla başa çatdı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020