Energetika naziri Şirvanda vətəndaşları qəbul edib

Martın 18-də energetika naziri Pərviz Şahbazov Şirvan şəhərində vətəndaşları qəbul edib.


Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar elektrik enerjisi təchizatı, enerjidən istifadəyə görə yaranmış borc və cərimələr, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.


Qəbul zamanı Şirvan, Salyan, Masallı şəhərləri və Neftçala rayonundan olan vətəndaşların müraciətlərinə baxılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020