Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub – AZpress.AZ – Ağaddin Babayev (FOTO=11)

Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub – AZpress.AZ – Ağaddin Babayev (FOTO=11) 

 

Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın aparıcı səhnə ustası, Xalq artisti, Prezident təqüdçüsü Qabil Quliyev, teatr həmkarlar ittifaqı təşkilatının sədri Miraslan Ağayev, teatrın aparıcı aktyoru Allahverən Babayev və Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostuyev Novruz bayramı ilə əlaqədar torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş lənkəranlı şəhidlər Mirxəyal Valeh oğlu Kərimzadə və Elnur Gəgiş oğlu Talıbovun ailələrinə baş çəkiblər.

 

Görüş zamanı T.Heydərov teatrın kollektivi adından şəhidlərin ailə üzvlərini Novruz bayramı münasibətilə təbrik edərək, onların qayğı və istəkləri ilə maraqlanıb, dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğunu bildirib.

 

Şəhid ailələri öz növbələrində Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü çatdırıblar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020