Azərbaycan könüllülərinin Novruz festivalı keçirilib +FOTO=15

Azərbaycan könüllülərinin Novruz festivalı keçirilib +FOTO=15

Azərbaycan könüllülərinin Novruz festivalı keçirilib 

 

Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərsun İstirahət Mərkəzinin ərazisi Balıqlı göldə Azərbaycan könüllülərinin Novruz festivalı keçirilib.

 

Festival AKTİ-yə üzv olan təşkilatların könüllüləri arasında milli-mədəni ruhun, qədim Novruz bayramı ilə bağlı adət və ənənələrimizin təbliği, eləcə də könüllü təşkilatları arasında həmrəyliyin daha da gücləndirilməsi məqsədilə baş tutub.

 

Festivalı giriş sözü ilə açan Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev bildirib ki, Novruz bayramı hər zaman Azərbaycan xalqı üçün ən əziz bayramlardan olub və əsrlər boyu təntənəli şəkildə qeyd olunub. Gənclərimizin ən sevimli bayramlarından olan Novruz münasibətilə festivalların keçirilməsi ənənəvi xarakter alıb və bu ənənənin ölkəmizdəki çoxminlik könüllü ailəsində də möhkəmlənməsi təqdirəlayiq bir haldır.

 

Daha sonra festival Kosa, Keçəl və Bahar qızının çıxışı, müxtəlif əyləncəli oyunlar, milli adət-ənənələri əks etdirən musiqi və əyləncə proqramları, idman yarışları və könüllülərin bir-birindən maraqlı çıxışları ilə davam edib.

 

Festivalın yekununda Azərbaycan könüllüləri tonqal ətrafında toplaşaraq xatirə şəkli çəkdiriblər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020