Azərbaycandan olan avarçəkmə həvəskarları sosial şəbəkələrdə Suqovuşandan yeni görüntülər yayıb - VİDEO

Azərbaycandan olan avarçəkmə həvəskarları sosial şəbəkələrdə Suqovuşandan yeni görüntülər yayıb - VİDEO

Videogörüntülərdə Suqovuşanın 5 il fərqlə kadrları yer alıb.


Kadrlarda 2017-ci ildə Qondarma rejimin rəhbəri Arayik Arutunyanın qayıqlar vasitəsi ilə su hövzəsində üzməyə cəhd etməsi, həmçinin o dövrdə ərazinin baxımsızlığı nəticəsində bərbad gündə olması görünür. Digər kadrlarda isə Suqovuşanın azad edilməsindən sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) martın 20-də burada ilk avarçəkmə təlim-məşq toplanışının keçirilməsi göstərilir.


Bu idman tədbirini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva izləyib.


Həmin videonu təqdim edirik.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020