"Azərişıq" əməkdaşları 1 metr hündürlündə qarın içində qəzanın nəticələrini aradan qaldırır - VİDEO

"Azərişıq" əməkdaşları 1 metr hündürlündə qarın içində qəzanın nəticələrini aradan qaldırır - VİDEO

Ölkə ərazisində havanın qarlı-şaxtalı keçməsinə baxmayaraq "Azərişıq" ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq baş verən qəzaları aradan qaldırır.


Sosial şəbəkələrdə bayram günlərində qurum əməkdaşlarının fəaliyyətini əks etdirən videogörüntülər yayılıb.


Kadrların Yardımlı və Lerik rayonları ərazisində çəkildiyi görünür.


Yardımlıda "Azərişıq" əməkdaşları 1 metrdən çox hündürlüyü olan qarın içində rayonun Dağ üzü kəndinə gedən yüksəkgərginlikli xətdə baş verən qəzanı aradan qaldırmağa çalışırlar. Hansı ki, məlum hava şəraiti səbəbindən həmin ərazidə avtomobillərin hərəkəti məhdudlaşıb.


Lerikdə də 35/10 kV-luq Lerik yarımstansiyasından çıxan eyniadlı xətdə baş verən kəsinti ilə bağlı qurum əməkdaşları səfərbər edilib və  qəzanın nəticələrini aradan qaldırır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020