Asiman Qurbanlı Qran-Pridə üçüncü olub İNTİQAM təqdim edir (AZpress.AZ)

 KARATE
---------------------------------------------------------------
Asiman Qurbanlı Qran-Pridə üçüncü olub

 

 

Zərif cinsdən olan karateçilərimizin Slovakiya Qran-Prisində iştirak etdiyi bir vaxtda kişi karateçilərimizdən Asiman Qurbanlı isə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən analoji turnirin Top Ten (Grand Prix Top Ten) yarışına qatılıb. Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, martın 25-də startı verilən bəlli turnirə azərbaycanlı dayanq ustası da daxil olmaqla cəmi 12 idmançı dəvət edilib. Onların arasında Emil Pavlov və Petar Zaborski (hər ikisi Şimali Makedoniya), Nikola Maloviç (Monteneqro), Gabor Harspataki və Tadissi Matial (hər ikisi Macarıstan), Rijad Dzuho (Bosniya və Herseqovina), Miçele Martina (İtaliya), Erman Eltemur (Türkiyə), Ancelo Kvesiç və Enes Qariboviç (hər ikisi Xorvatiya), həmçinin Boqdan Trikoş (Serbiya) yer alıb. Reqlamentə uyğun olaraq, 4 qrupa bölünən idmançılar mütləq çəski dərəcəsində döyüşüblər. Dairəvi sistemlə yarışın qalib və mükafatçıları topladığı ballar əsasında təyin edilib. Asiman Qurbanlı turnirdə uğurla çıxış edərək 12 idmançı arasında 3-cü yeri tutub. Reqlamentə uyğun olaraq, qalibə 2000, ikinci yeri tutan idmançıya 1000, üçüncü pilləyə çıxanların hər birinə isə 500 avro pul mükafatı verilib.


İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020