Gömrük Akademiyasının tələbələri Kinoloji Mərkəzdə olublar - FOTO

Gömrük Akademiyasının tələbələri Kinoloji Mərkəzdə olublar - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin qruplar üzrə Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinə ekskursiyası təşkil edilib. Kinoloji fəaliyyətin təşkili, eləcə də gömrük nəzarətinin həyata keçirilməsi üzrə tələbələrin əyani biliklərinin artırılması məqsədilə təşkil edilən ekskursiya zamanı iştirakçılar Mərkəzin gündəlik iş prosesi və fəaliyyəti ilə yaxından tanış olublar.


Səfər çərçivəsində Kinoloji Mərkəzin yaranması, fəaliyyəti, eləcə də gömrük keçid məntəqələrində kinoloji xidmətin təşkili barəsində tələbələrə ətraflı məlumat verilib. Ekskursiya zamanı tələbələr müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası, reanimasiya otaqları, təlim meydançaları, kinoloji siniflər, həmçinin mərkəzin tərkibində fəaliyyət göstərən muzey ilə də yaxından tanış olaraq maraqlı məlumatlar əldə ediblər.


Daha sonra Mərkəzin təlim meydançasında xidməti axtarış itlərinin narkotik vasitələrin və digər qadağan olunmuş maddələrin aşkar edilməsi üzrə bacarıqları ekskursiya iştirakçılarına əyani olaraq nümayiş etdirilib.


Sonda tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı olaraq cavablandırılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020