Şəhriyar Məmmədyarov Vinsent Keymeri tay-brekdə udmaqla Qran-Prinin yarımfinalına çıxıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov Vinsent Keymeri tay-brekdə udmaqla Qran-Prinin yarımfinalına çıxıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov Vinsent Keymeri tay-brekdə udmaqla Qran-Prinin yarımfinalına çıxıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Almaniyanın Berlin şəhərində keçirilən və həmyerlimiz Şəhriyar Məmmədyarov da daxil olmaqla 16 qrossmeysterin iştirak etdiyi FİDE Qran-Prisinin 3-cü mərhələsində qrup oyunlarının ardından keçirilən tay-brek oyunları da başa çatıb. Xatırladaq ki, turnirin B qrupunda mübarizə aparan Şəhriyar Məmmədyarov sonda almaniyalı Vinsent Keymerlə yanaşı 3,5 xal topladığı üçün onunla tay-brekdə mübarizəni davam etdirib. 4 partiyalıq görüş Məmədyarovun 3:1 hesablı qələbəsi ilə bitib. Bu isə ona Qran-Prinin yarımfinalında oynamaq hüququ qazandırıb. Xatırladaq ki, Məmmədyarov hazırda 2770 xalla FİDE-nin reytinq cədvəlində 7-ci, Keymer (2004 xal) isə 82-ci pillədə yer alıb.

 

Məmədyarov yarımfinalda ABŞ təmsilçisi Xikaru Nakamurayla qarşılaşacaq. Yeri gəlmişkən, Qran-Prinin əvvəlki iki mərhələsindən birinin qalibi olan Nakamura, indi isə yer aldığı qrupun lideri olmaqla artıq iddiaçılar turnirinə vəsiqəni qazanıb. Qran-Pridən iddiaçılar turnirinə verilən ikinci vəsiqəni isə macar şahmatçı Rixard Rapport özünə təmin edib. Bu isə o deməkdir ki, Məmmədyarov iddiaçılar turnirinə qatılmaq üçün ümid etdiyi son şansını da qaçırıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020