"Murov" yenidən liderliyi özünə qaytarıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Murov" yenidən liderliyi özünə qaytarıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

"Murov" yenidən liderliyi özünə qaytarıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

"Sərhədçi"sə ilk dəfə qələbə sevincini yaşayıb

 

Bu gün "Sərhədçi" İdman Kompleksində kişi voleybol klublarının mübarizə apardığı Azərbaycan Superliqasında sayca 14-ü olan növbəti turun oyunları keçirilib. Tur yarış cədvəlində lider dəyişikliyi ilə nəticələnib. Beləki, "Murov" nominal ev sahibi olan MOİK-i quru hesabla məğlub etdikdən sonra yenidən yarış cədvəlində liderliyi ələ alıb - 0:3 (18:25, 23:25, 8:25).

 

Tur sözün əsil mənasında ev sahibi olan "Sərhədçi" klubu üçün də düşərli olub. Çempionat başlayandan indiyədək bir dəfə də olsun qələbə qazanmayan "Sərhədçi" nəhayət ki, tilsimi sındıra bilib. "Ekspress"lə oyunda 3:1 (25:22, 27:25, 13:25, 25:23) hesabla qalib gələn "Sərhədçi" axır ki, ilk qələbə sevincini yaşayıb.

 

14-cü tur:MOİK - "Murov" - 0:3 (18:25, 23:25, 8:25)
"Sərhədçi" - "Ekspress" - 3:1 (25:22, 27:25, 13:25, 25:23)

 

Turnir cədvəlində yaranmış vəziyyət belədir: Murov - 29 xal (set fərqi 31-7), Neftçi – 28 (30-8), MOİK – 18 (20-17), Ekspress – 6 (7-30), Sərhədçi – 3 (5-31).

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020