“Sən qayıdacaqsan” pyesi əsasında tamaşa hazırlandı (AZpress.AZ, İ.Rüstəm, +FOTO=37, +VİDEO)
Bu xəbəri paylaş
“Sən qayıdacaqsan” pyesi əsasında tamaşa hazırlandı (AZpress.AZ, İ.Rüstəm, +FOTO=37, +VİDEO)
Tamaşanın mövzusu Müharibə.
Tamaşa Bəhruz Vaqifoğlunun "Sən qayıdacaqsan" adlı pyesi əsasında hazırlanmışdır.
Pyesin qəhrəmanlarının adları ümumiləşdirilib. Misal üçün Qadın, müəllim, ata, itkin və s. Pyes müharibə qurbanlarından bəhs edir. Burdakı qəhrəmanların hər birisi müharibənin özünü və sonrakı fəsadlarını yaşayan insanlardır. Hər bir qəhraman hər gün eyni vaxta qatar yoluna tələsir, eyni vaxta qatar yolunda müharibədə itirdiklərinin yolunu gözləyir. Tamaşada istifadə olunan bir çox dekorlar, əlbəsələr, sözlər simvolika üzərində yazılıb. Buna misal olaraq səhnədə qurulmuş dəmir yol xəttidir. Bu dəmir yol xətləri dağılmış halda və bir birinə birləşməyən 4 yol ayrıcına bənzəyir. Əsərin sonunda qəhrəmanlar o yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirirlər ki buda onların həsrətinə son qoyur. Əsərin ideyası da məhz bunun üzərində yazılıb və qurulub. Oturub gözləmək və istəmək azdır. Bunun üçün nələrsə etmək lazımdır.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




































