Azərbaycanın sərbəst güləş üzrə yığması Avropada birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanın sərbəst güləş üzrə yığması Avropada birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanın sərbəst güləş üzrə yığması Avropada birinci olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə keçirilən Avropa çempionatında sərbəst güləşçilərin yarışı başa çatıb. Qeyd edək ki, baş məqçisi Olimpiya çempionu Namiq Abdullayev olan Azərbaycan yığması ümumi komanda hesabında Avropanın birincisi olub. Aktivinə 1-i qızıl, 4-ü gümüş və 2-si bürünc əyarlı olmaqla 7 medal və 159 xal yazdıran yığmamızdan sonrakı iki yeri müvafiq ardıcıllıqla Türkiyə (141 xal) və Gürcüstan (133 xal) tutub. Maraqlıdır ki, vaxtı ilə güləşçi kimi Avropa çempionatında fəxri kürsünün birinci pilləsinə qalxan Namiq Abdullayev indi isə məşqçi kimi həmin zirvəyə qalxıb.

 

Medalla gəlincə, yeganə qızıl medalın sahibi Maqomedxan Maqomedov (97 kq) olub. "Gümüşləri" yalnız həlledici finalda məğlubiyyətlə üzləşən Hacı Əliyev (65 kq), Əliabbas Rzazadə (57 kq), Əşrəf Əşirov (79 kq) və Abubəkr Abakarov (86 kq) qazanıb. Bürünc medallar isə Turan Bayramovla (74 kq) Osman Nurmaqomedovun (92 kq) payına düşüb.

 

Bu sərbəst güləş üzrə yığmamızın analoji yarışlarda 3-cü uğurudur.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020