YARAT Müasir İncəsənət Məkanı belçikalı rəssam Mişel Fransuanın (Michel François) Panoptikum adlı fərdi sərgisini təqdim edir (AZpressAZ -B.Əqdəs+FOTO=9)

YARAT Müasir İncəsənət Məkanı belçikalı rəssam Mişel Fransuanın (Michel François) Panoptikum adlı fərdi sərgisini təqdim edir (AZpressAZ -B.Əqdəs+FOTO=9)

YARAT Müasir İncəsənət Məkanı belçikalı rəssam Mişel Fransuanın (Michel François) Panoptikum adlı fərdi sərgisini təqdim edir (AZpressAZ -B.Əqdəs+FOTO=9)

 

YARAT Müasir İncəsənət Məkanı belçikalı rəssam Mişel Fransuanın (Michel François) Panoptikum adlı fərdi sərgisini təqdim edir. Sərgi restriktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulmuşdur, azadlıq ehtirasımızı simvolizə edir.

 

İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik (təpəgöz) gözlə baxanmüşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum hər şeyi
müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir. M. Fransuanın əsəri ilhamını, XVIII əsrdə sosioloq və filosof Ceremi Bentam tərəfindən ixtira edilmiş institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən alır. Dairəvi müşahidə otaqlarının pəncərələrini güzgülərlə əvəzləyən rəssam, qüllənin strateji məqsədini tərsinə çevirir. Beləliklə, M. Fransuanın əsəri şəxsi həyatın toxunulmazlıq hüququnu sanki “oğurlayan və talayan” nəzarət cihazların sui-istifadəsindən bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər. Qüllə, həmçinin onun ətrafındakı boşluğu dolduran obyektləri əks etdirir. Digər heykəltəraşlıq müdaxilələri isə, tərk edilmiş çəkiliş meydançasında donmuş anları təqdim edirlər.

 

Bir çox digər öz sərgilərində olduğu kimi rəssam daima “qaçış planı”nı axtarır. Elə görünür ki, o, bu azadlığı təbii elementlərin ram olunmayan gözəlliyində, məsələn: ətrafa alüminium fıstıqlar səpən
xəyali fəvvarənin coşqun görünüşündə və ya qəribə bulud kimi səmada süzülən gümüş səddin eleqantlığında tapır.

 

Eyni azadedici həzzi, YARAT-ın sifarişi ilə rəssam tərəfindən çəkildiyifilmdə, Azərbaycanın palçıq vulkanları landşaftının elmi fantastikaya bənzəyən sehrinin təkrar görüntülərini müşahidə edərkən
hiss etmək olar. Burada fasiləsiz transformasiyada sönən qaz qabarcıqları ilə püskürən lava təsvir edilir. Onlar bir zamanlar sürrealistlərin “partlayış təhlükəli” adlandırmaq istədikləri sirli
“məhvedici” gözəlliyə malikdir. Təqdim edilmiş digər heykəltəraşlıq  kompozisiyalarının əksəriyyəti ölkənin həqiqi gizli xəzinəsi olan təbii resurslarına müəyyən üsulla istinad edən, diqqətlə seçilmiş
zəif, demək olar ki, bayağı materiallardan ibarətdir.

 

Sərgi bizi reallığın və hər günümüzün dalğaları üzərində gəzinməyə dəvət edir, qısa bir zaman kəsiyində rəssamın melanxolik absurd teatrında iştirak edən təsadüfi turistlərə və ya aktyorlara çevirir.
Onun əsərlərinin mərkəzində kiçik, sadə təsvirlərin və predmetlərin mürəkkəb dünyada bizim bəşər övladları olaraq necə davrandığımıza qərar verən əsas elementlər kimi çıxışını təhlil etmək ideyası durur.

 

Mişel Fransua (d.1956, Belçika) Brüsseldə yaşayır və fəaliyyət göstərir. Onun konseptual təcrübəsinə müxtəlif medialar daxildir, o cümlədən: heykəltəraşlıq, video, fotoqrafiya, poliqrafik materiallar, rəsm və instalyasiya. “Arte Povera” cərəyanının rəssamlarının metoduna bənzər Fransua da görünüşcə mürəkkəb olmayan obyektlərin və materialların, yaxud keçmiş hadisələrin izlərinin dərin rezonanslı məna daşıyıcılarına çevrilməsi üçün vasitələrdən böyük qənaətlə istifadə edir. Onun yaradıcılığına səbəb və nəticənin araşdırılması, həmçinin yaradıcı yolların tərtibatı zamanı sadə jestlər vasitəsilə obyektin vəziyyətini dəyişdirmək və ya mühüm nəticələrə malik olması üsulları kimi baxıla bilər. O, öz layihələrini Havana Biennalesində (2015), 48-ci Venesiya Biennalesindəki Belçika Pavilyonunda (1999),
22-ci San-Paulu Biennalesində (1994) və Kasseldə “IX Documenta”-da (1992) təqdim etmişdir. Onun Birminhemdə “Ikon” Qalereyasında, Nyu-Yorkda Dia İncəsənət Mərkəzində, Gentdə “S.M.A.K”-da, Barselonada Joana Miro Fondunda, Berndə “Kunsthalle”-də, Münhen İncəsənət Evində fərdi sərgiləri olmuşdur. O, Rio-de-Janeyro Müasir İncəsənət Muzeyində, Taypey İncəsənət Muzeyində, Metsdə Pompidu Mərkəzində, Parisdə “Jeu de Paume” Mərkəzində, Münhen İncəsənət Evində, Parisdə Pompidu Mərkəzində və Brüsseldə Hermes Fondunda təşkil edilmiş qrup sərgilərində iştirak etmişdir.

 

Sərginin kuratoru Barselonada yaşayan belçikalı rəssam/kurator ErixVaysdır (Erich Weiss). Hal-hazırda o, Kasseldə keçirilən “Documentafifteen” sərgisində ekspozisiya meydançasının koordinatoru kimi
fəaliyyət göstərir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020