Elis Manolova Avropa çempionatının finalında -İNTİQAM təqdim edir (AZpress.AZ)

Elis Manolova Avropa çempionatının finalında -İNTİQAM təqdim edir (AZpress.AZ)

Elis Manolova Avropa çempionatının finalında -İNTİQAM təqdim edir (AZpress.AZ)
 

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə keçirilən Avropa çempionatında sərbəst güləşçilərin yarışı başa çatandan sonra meydan qadın güləşçilərin ixtiyarına verilib. Qadınların yarışının ilk günü mübarizəyə qatılan iki güləşçimizdən biri - Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşmək imkanı qazanıb. Bu gün mübarizəyə qatılan zəriflərimizdən isə Elis Manolova (65 kq) daha uğurla çıxış edərək finala yüksəlib. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, B qrupunda yer alan təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub - 0:7. Elis qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib. Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə (2:1) qalib gələn Elis 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz qızıl medal uğrunda ukraynalı Tatyana Rijkoyla mübarizə aparacaq.
Qeyd edək ki, final aprelin 1-də axşam seansında keçiriləcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020