31 Mart 1918-ci il Türk - müsəlman soyqırımı haqqında

Azərbaycan bəşəriyyətin ilkin mənbələrindən biri, zəngin və qədim tarixə malik olan ölkədir. Azərbaycan ərazisində Azıx mağarasında ilk insan məskənlərindən birinin və qədim daş dövrünə aid digər məskənlərinin tapılması buna əyani sübutdu.

Azərbaycan ərazisində dövlətçiliyin inkişafı uzun tarixə malikdi. Manna, Midiya, Atropatena və Albaniya, Qaraqoyunlular. Ağqoyunlular, Səfəvilər dövlətlərinin bir- birini əvəz etməsi bu tarixin qədim səhifələridir.

Azərbaycanı əsarətə almaq üçün ”parçala hökm et” prinsipini əsas tutan ölkələrin rəqabəti nəticəsində XVIII əsrdə Azərbaycan ərazisində Bəkı, Qarabağ, Quba, Şamaxı, Şəki, İrəvan, Naxçıvan xanlıqları yarandı. XVIII-XIX əsrlərdə İran, Türkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsi və Azərbaycan uğrunda aparılan çəkişmələr Azərbaycan xalqının taleyində faciəli iz qoymuşdur.

1721-ci ildə Rusiya imperatoru I Pyot diqqətini Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi, nəticədə 1723-cü ildə Bakı zəbt edildi. Əsasən müsəlman olan əhalinin etiraz və müqavimətini görən I Pyotr öz məqsədlərinə nail olmaq üçün ”nəyin bahasına olursa olsun Gilanda, Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini” vacib sayırdı.

1768-ci ildə II Yekatrina və 1802-ci ildə isə I Aleksandr ermənilərə himayədarlığ və Azərbaycan xanlıqlarında ermənilərdən istifadə edilməsi haqqında fərman və göstərişlər vermişlər. Ermənilər Qafqazda Rusiya imperiyasının planlarının reallaşdırılması vasitəsi olaraq bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışır və dövlət qurmağa səy göstərirdilər.

Birinci və ikinci Rusiya İran müharibələrinin sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanın parçalanmasına səbəb oldu. Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayətinin” yaradılmasını elan etdi. 1829-1830-ci illərdə Qafqaza İrandan 40000, Türkiyədən isə 84600 erməni köçürülmüş və onlar əsasən Naxçıvan, Qarabağ və İrəvanda yerləşdirilmişdir. Bununla yanaşı uzun sürən müharibə illərində azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsi viran qoyulmuş, minlərlə insan öldürülmüşdür, insanlar döğma yurdlarını tərk etməli olmuşlar.

XIX əsrin II yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycanın ərazilərinin zəbt edilməsi yolu ilə özlərinin şovinist “Böyük Ermənistan” xülyasının reallaşması məqsədilə təşkilatlanmağa başladılar. Həmin dövrdə 1887-ci ildə Cenevrədə Hnçaq, 1890-cı ildə Tiflisdə Daşnaksütyun partiyaları və 1895-ci ildə Nyu-Yorkda “Erməni vətənpərvərləri ittifaqı” təşkilatı yaradıldı.

1905-1907- ci illərdə Rusiyadakı inqilabi proseslərdən və mərkəzin əyalətlərə nəzarətinin zəifləməsindən istifadə edən ermənilər Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törətdilər, onları yurdlarından didərgin saldılar. 1905-1906-cı illərdə ermənilər Gəncə və Qazax quberniyalarında 200 kənd, Şuşa, Cəbrayıl və Zəngəzur quberniyalarında isə 75 kənd viran qoymuşlar.

Təəssüflər olsun ki, M.S.Ordubadinin ”Qanlı illər” və M.M. Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası ” əsərlərindən başqa bu dövrün gaciələrini özündə əks etdirən mənbəələr demək olar ki, yox dərəcəsindədir.

1905-1907-cı illərin hadisələrindən sonra da azərbaycanlılara qarşı ermənilərin məkrli planları dayandırılmamış və gizli şəkildə davam etdirilmişdir.

Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı altında 1918-cı ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planının icrasına başladıMilli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirildi, evlər yandırıldı, insanlara diri-diri od vuruldu. Milli arxitektura abidələri, (”Kaspi” mətbəəsi, ”Açıq söz” qəzetinin redaksiyası,  ”İsmailliyə” binası yandırılmış, ”Təzə pir” məscidinin minarələri top atəşilə deşik-deşik edilmişdi) məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdıldı. Bakının çox hissəsi xarabalığa çevrildi. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Muğanda, Lənkəranda ermənilər 50000 azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Lalayans və T.Əmirovun daşnak dəstələri aprelin 3-16-da Şamaxı əhalisinə qanlı divan tutdu, daşnaklar Şamaxıda 7 mindən çox azərbaycanlını qətlə yetirib, 72 kəndi dağıtdılar. Aprel ayında Hamazaspın başçılığı ilə erməni quldurları Quba qəzasında 122 kəndi yandırıb əhalisini məhv etmişdir. Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə yeksan edilmişdir. İrəvan quberniyasında 211 yaşayış məntəqəsində 135 min azərbaycanlı qətlə yetirilmiş, Qarsda isə 92 azərbaycanlı kəndi dağıdılmışdı.

1918-ci aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Soyqırım yalnız Şimali Azərbaycanla məhdudlaşmırdı, 1918-ci ildə Cənubi Azərbaycan və İran ərazisində yaşayan 130 mindən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilib. Bütövlükdə o zamankı qırğınlar nəticəsində 1 milyona qədər azərbaycanlı məhv edilib.

Mart soyqırımının dəhşətli mənzərələri haqqında yerli və xarici mənbəələrin məlumatlarına diqqət yetirdikdə faciyənin miqyası daha müfəssəl şəkildə təsəvvürlərdə canlanır. M.Ə.Rəsulzadə 1918-ci il mart soyqırımını siyasi-milli amil kimi səciyyələndirərək bildirirdi: ”Martın 18-dən 20-nə qədər (köhnə stillə) Bakı türk demokratiyasının qafasında partladılan toplar, müsəlmanlara edilən ədalətsizlik Azərbaycan fikrini daşıyanları, muxtariyyət və istiqlal əqidəsi ilə yaşayanları məhv etmək üçün idi”.

N.Nərimanov yazırdı: "Müsəlman hətta bolşevik olsaydı belə, ona aman verilmirdi". Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”
S.C. Pişəvəri mart soyqırımı haqqında xatirəsində yazırdı: ”Mən 1918-ci ilin mart ayında daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların öldürülüb, karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşəm. Bu çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdur”.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri haqqında bunları yazmışdır: ”Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişlər”.

Soyqırımın fəal iştirakçısı olan erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Hartvillin yazdığı ”İnsanlar belə imişlər” kitabında ermənilərin rusların və ingilislərin yardımı ilə Azərbaycanda soyqırım törətdikləri və bu qırğınlar nəticəsində təkcə Bakıda 25 min azərbaycanlının qətlə yetirildiyi qeyd edilmişdir.

1918-ci ilin mart soyqırımına ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hüquqi-siyasi qiymət verilmişdir. Nazirlər Şurası baş vermiş soyqırımın təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması barədə qərar qəbul etdi. Komissiya mart hadisələrini, ilk növbədə Şamaxıda və İrəvan quberniyasında təradilmiş vəhşilikləri və cinayətləri araşdırmışdır. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyindı xüsusi qurum yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd etmişdir.

Ancaq AXC-nin süqutu bu işləri başa çatdırmağa imkan vermədi. Müstəqillik qazanmış Azərbaycan Respublikası soyqırımına siyasi qiymət verməyi və öz sələfinin başladığı işi başa çatdırmağı tarixin ona verdiyi fürsət kimi qiymətləndirdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ilin martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni quldurları tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi.

1998-ci ildə Azərbaycan Milli Məclisi BMT-yə, ATƏT-ə, Avropa Şurasına, MDB ölkələrinə və digər beynəlxalq təşkilatlara, ölkələrin parlament və hökumətlərinə müraciət edərək azərbaycanlılara qarşı tərədilmiş soyqırımı kimi hallarla dünyanın hər bir yerində amansız mübarizı aparmaq üçün səylərin birləşdirilməsinə çağırmışdır.

1918-ci il mart soyqırımı, eləcədə Azərbaycan türklərinin əzəli torpağı İrəvanın rəsmən ələ keçirilməsi belə erməniləri sakitləşdirmədi, onlar Gürcüstan və Azərbaycan əraziləri hesabına öz millətçi ideyalarını həyata məqsədilə Azərbaycanın Qarabağ, Naxçıvan və Yelizavetpol quberniyasının cənub hissəsinə iddialarını irəli sürdülər.

Ermənilər 1920-ci ildə bolşevik rejiminin əli ilə Zəngəzuru Azərbaycandan qoparmağı bacardı.

Bu faktlardan aydın görünür ki, ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir üsul və vasitələrdən istifadə etmiş, hətta beynəlxalq hüquq normalarının pozulmasından belə çəkinməmişlər.

Sovet hakimiyyəti illərində ermənilər artıq ənənə halını almış qayda və üsullarla azərbaycanlıların Ermənistan SSR-nin ərazisindən sıxışdırmağı, qonşular hesabına ərazilərini genişləndirməyi davam etdirmişlər.

Tehran konfransı keçirilən zaman ( 1943 ) erməni diasporu SSRİ-nin xarici işlər V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişlər.Bu təklifə İ.Stalinin razılığı 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının əsasını qoymuş oldu.

1947-ci ildə Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q. Arutyunov Moskvaya müraciət edərək 1946-1947-ci illərdə Suriyadan, Yunanıstandan, Livan, İran, Bolqarıstan, Rumıniya, Fələstin, Fransa, ABŞ, Misir, İraq və digər ölkələrdən Ermənistana köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət etmiş və güya məhsuldarlığın artırılması məqsədilə Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıqla məşğul olan rayonlarına köçürülməsi təklifini vermişdir.

Bu fikir İ.Stalinin imzaladığı SSRİ Nazirlər Sovetinin iki qərarənda öz əksini tapdı. ”Ermənistan SSR -dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə” birinci qərar 1947-ci il dekabrın 23-də imzalanmışdır. Birinci qərara əlavə kimi meydana çıxmış ”Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi tədbirləri barədə” ikinci qərar 1948-ci ilin martın 10-da imzalanmışdır və onda texniki-təşkilati məsələlər öz əksini tapmışdır.

İmzalanmış bu qərarların nəticəsində 1948-1952-ci illərdə Ermənistan SSR-dən 100 mindən çox soydaşımız öz dədə-baba torpaqlarında deportasiya edilmişdir. Əsasən dağ rayonlarından köçürülmüş və mənzillə təmin edilməmiş əhali Aran zonasının isti hava şəraitinə dözə bilmirdi və çoxsaylı təlafatlar baş verirdi.

Stalinin ölümündən sonra doğma yurdlarına qayıtmış və Ermənistan SSR-də yaşamağa davam edən azərbaycanlıların müxtəlif formalarda sıxışdırılması prosesi XX əsrin 60-70-ci illərində də davam etdirilmişdir.

SSRİ-dəki yenidənqurma və aşkarlıq prosesləri əks-azərbaycanlı əhval-ruhiyyə və ərazi iddialarının yeni dalğasına səbəb oldu. 1945-ci ildə istifadə olunmuş taktika yenə də işə salındı və güya Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin olması pərdəsi altında erməni millətçiləri azərbaycanlıların Ermənistandan qovulması və Qarabağın ilhaqına başladılar.

1988-ci ildən kütləvi xarakter alan hədələr, fiziki və mənəvi təzyiqlər, qətllər, kəndlərin dağıdılması və digər qanlı hadisələr və bu hadisələrə hakimiyyət orqanları tərəfindən rəvac verilməsi 250 min azərbaycanlını doğma yurdlarını tərk etməyə vadar etdi.

Cənubi Qafqaz fedarasiyasının qərarı ilə 18 fevral 1929-cu ildə Ermənistana verilmiş Nüvədi kəndindən azərbaycanlı əhalinin 1991-ci ilin avqustun 8-də qovulmasından sonra Ermənistan təkmillətli respublikaya çevrildi və ”azərbaycanlılarsız Ermənistan” daşnak ideyası həyata keçirilmiş oldu.

Həm Ermənistan SSR-dən azərbaycanlıların kütləvi deportasiyası, həm də Qarabağın Ermənistana birləşdirilməsi uğrunda aparılan çirkin əməllərə qarşı Azərbaycan xalqı milli və haqlı mövqeyini 1988-ci ilin fevralından Bakıda başlayan “Meydan” hərəkatını formalaşdırmaqla bildirdi, 1988-ci ildən 1990-cı ilin yanvarın 20-dək davam edən Milli Azadliq Herekati Azərbaycan xalqının artıq bu dəfə millətimizə qarşı aparılan bu məhvedici siyasətlə barışmayacağını, son damla qanına qədər işğalçılarla savaşmaq əzmini ortaya qoymuşdur.

Esmira Hüseyinova

Kəlbəcər rayon 17 saylı tam orta məktəbin direktoru,YAP fəalı.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020