Şahmatçılarımız turu məğlubiyyətsiz başa vurublar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şahmatçılarımız turu məğlubiyyətsiz başa vurublar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şahmatçılarımız turu məğlubiyyətsiz başa vurublar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Qədimbəyli AÇ-nın liderlər qrupunda

Sloveniyanın Terme Çateje şəhərində kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı davam edir. Biri qadın olmaqla 15 həmyerlimizin də mübarizə apardığı bu çempionatda sayca 5-ci tura yekun vurulub. Turu Azərbaycan şahmatçıları üçün uğurlu hesab etmək olar. Beləki şahmatçılarımızdan 9-u turu qələbə, 6-sı isə heç-heçə ilə başa vurub. Bir sözlə hesabat turu şahmatçılarımız üçün məğlubiyyətsiz keçib. Qədir Hüseynov, Abdulla Qədimbəyli, Nicat Abbasov, Vasif Durarbəyli, Vüqar Əsədli, Maqomed Muradlı, Murad İbrahimli, Riyad Səmədov və Toğrul Həsənzadənin qələbə qazandığı turda Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Eltac Səfərli, Şahin Vəliyev, Gövhər Beydullayeva və Əhməd Əhmədzadə (sonuncu ikisi öz aralarında sülh bağlayıb) rəqiblə xal bölüb. 312 zəka sahibinin mübarizə apardığı bu çempionatın ilk 5 turundan sonra həmyerlilərimiz arasında ən yaxşı göstərici 4 xalla yarış cədvəlində 8-ci olan Qədimbəyliyə məxsusdur.

Xatırladaq ki, şempionatda ilk 20 yeri tutan şahmatçılar iddiaçılar turnirinə vəsiqə qazanacaqlar. Bu gün 6-cı turun partiyaları keçiriləcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020