“Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” layihəsi çərçivəsində tədbirlər davam etdirilir.
Bu xəbəri paylaş
Demokratik İslahatlar və Hüquq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” adlı tədbirlərin təşkili layihəsi çərçivəsində tədbirləri davam etdirir. Layihə çərçivəsində növbəti tədbir- Tovuz rayonunda Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının binasında 30 nəfərin (15 müəllim və valideynin və 15 nəfər orta məktəb şagirdlərinin) iştirakı ilə seminar keçirilmişdir. Senimarda Tovuz rayonunun 5 orta məktəbi təmsil olunmuşdur. Seminar interaktiv şəkildə keçirilmişdir, əvvəlcə iştirakçılara uşaqlara qarşı zorakılığın anlayışı, səbəbləri, növləri, xüsusilə də psixoloji (emosional) zorakılıq, onun müəyyən edilməsi, internet zorakılığı, o cümlədən kiberbullinq və s. barədə məlumatlar verilmişdir. Daha sonra seminar iştirakçıları ilə uşaqların zorakılıq barədə susmalarının səbəbləri müzakirə edilmişdir. Qeyd edilmişdir ki, susmanın səbəblərindən biri uşaqların əksəriyyəti zorakılıq barədə məlumat verməkdən qorxmasıdır. Xususilə də, onları incidən şəxs böyük imkanlara malik güclü şəxsdirsə və uşaqlara yenidən ziyan vura bilərsə, uşaqlar susurlar. Digər bir səbəb uşaqların biabır olmaqdan çəkinməsidir. Uşaqlar ehtiyat edirlər ki, başqaları bu zorakılıq haqqında bilsələr onların özlərini təqsirləndirəcəklər və ya onları təcrid edəcəklər. Daha sonra emosional zorakılıq, yəni uşaqların cəzalandırılması üçün təhqir etmə, söyüş, hədələmə, təcrid etmə və ya rədd etmə kimi formaları müzakirə edilmişdir. Seminarın sonunda zorakılıqla mübarizə, zorakılığın qurbanlarının dövlət müdafiəsi məsələləri aydınlaşdırılmışdır. Seminarın sonunda seminar iştirakçılarının şəxsi müraciətlərinə konfidensial olaraq baxılmış və məsləhətlər verilmişdir. Seminar iştirakçılarına “Uşaqlara qarşı zoraılıq gələcəyimizi məhv edir” adlı bukletlər paylanılmış, sertifikatlar və kiçik hədiyyələr verilmişdir. “
Demokratik İslahatlar və Hüquq İctimai Birliyinin sədri:
Mərhəmət Əsgərova
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




