Rafik Hüseynov 3-cü dəfə Avropa çempionu ola bilər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Rafik Hüseynov 3-cü dəfə Avropa çempionu ola bilər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə keçirilən Avropa çempionatı artıq başa çatmaq üzrədir. Çempionatın bu günə təsadüf edən son günündə yunan-Roma güləşi üzrə yığmamızın 5 üzvü döşək üzərinə çıxaraq, son həlledici göüşünü keçirəcək. Onlardan ikiqat Avropa çempionu Rafik Hüseynov (82 kq) qızıl medal uğunda mübarizə aparacaq. O, 3-cü dəfə qitənin ən güclüsü olmaq üçün finalda gürcüstanlı Qela Bolkvadzeni məğlub etməyə çalışacaq. Qalan 4 təmsilçimiz isə bürünc medal uğrunda kiçik finala çıxacaq. Güləşçilərimizin iştirakı ilə aşağıdakı görüşlər keçiriləcək:
60 kq. Murad Məmmədov - Razvan Arnaut (Rumıniya).
67 kq. Həsrət Cəfərov – Sebastyan Nad (Serbiya).
72 kq. Ülvi Qənizadə – Kristupas Sleyva (Litva).
97 kq. Murad Lokyayev - Daniel Qastl (Avstriya).
Xatırladaq ki, çempionatın geridə qalan 6 günündə Azərbaycan güləşçiləri 2-si qızıl, 6-sı gümüş və 4-ü bürünc əyarlı olmaqla 12 medal qazanıb. Yuxarıda göstərilən görüşlərin nəticəsindən asılı olaraq, medalların sayı arta bilər. 3-cü dəfə çempionluğu gözlənilən Rafiq Hüseynov ən pis halda gümüş medalı artıq özünə təmin edib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)