Azərbaycanlı gənc müşketyorlar mundialın pley-offunda büdrəyiblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanlı gənc müşketyorlar mundialın pley-offunda büdrəyiblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanlı gənc müşketyorlar mundialın pley-offunda büdrəyiblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

BƏƏ-nin Dubay şəhərində gənclər arasında qılıncoynatmanın sablya növü üzrə dünya çempionatı keçirilir. Mundialda artıq qrup yarışları və ardından da pley-off mərhələnin qarşılaşmaları başa çatıb. Çempionatda ölkımiz biri zərif cinsdən olmaqla iki sablyaçı ilə təmsil olunub. Cütlüyümüzdən Zərifə Hüseynova daha yaxşı çıxış edib. Beləki, qrupda 3 qələbə qazanaraq, pley-offa adlayan Zərifə burada müvafiq ardıcıllıqla ABŞ, Bolqarıstan və İtaliya təmsilçisini udaraq 14 finala çıxıb. Lakin Hüseynova bu mərhələdə qarşılaşdığı digər amerikalı ilə bacarmayıb. Nəticədə də o, çıxışını ilk səkkizlikdə başa vurub.

Ondan fərqli olaraq, digər təmsiklçimiz - Ayxan Xasıyev uzun yol gedə bilməyib. Qrupda 5 qələbə qazanan Ayxan pley-offun elə birinci mərhələsindəcə uduzub.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020