Elmar Qasımov "Böyük Dəbilqə"nin üçüncüsü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Elmar Qasımov "Böyük Dəbilqə"nin üçüncüsü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Azərbaycan yığması 63 ölkə arasında 21-ci olub
Aprelin 1-də Antalyada (Türkiyə) startı verilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə bu gün yekun vurulub. Üç gün davam edən turnirdə Azərbaycan da daxil olmaqla 63 ölkəni təmsil edəın 525 (312 kişi və 213 qadın) tatami ustası reytinq xalları və medallar uğrunda mübarizə aparıb. Turnirə 4-ü qadın olmaqla 17 cüdoçu ilə qatılan Azərbaycan yığması çıxışını son gündə Elmar Qasımovun (100 kq) qazandığı yeganə bürünc medalla başa vurub. Xatırladaq ki, startda estoniyalı Qriqori Minaskini, ardından isə Marko Kumriç (Xorvatiya) və Şadi El-Xanası (Kanada) məğlub edərək 14 finala çıxan cüdoçumuz bu mərhələdə İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə uduzaraq mübarizəni təsəlliverici mərhələdən davam edib. Burada isə o, əvvəlcə rumıniyalı Esley Qonsalesi, ardından kanadalı Kayl Reyesi üstələyərərk bürünc medal qazanıb.
Komanda hesabında Fransa, Gürcüstan və Braziliyanın tutduğu medal sıralanmasında Azərbaycan Qasımovun sayəsində qazanılan yeganə "bürüncün" sayəsəndə yalnız 21-ci yeri tuta bilib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

