Rafiq Hüseynov 3 qat Avropa çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Rafiq Hüseynov 3 qat Avropa çempionudur -İNTİQAM təqdim edir (AZpress.AZ)
Yunan-Roma güləşi üzrə yığmamız da Avropanın birincisi olub
Martın 28-də Macarıstanın paytaxtı Budapeştdə sərbəst güləşçilərin çıxışı ilə startı verilən güləş üzrə Avropa çempionatına aprelin 3-də "klassiklər"in həlledici görüşləri ilə yekun vurulub. Çempionatın son günündə yunan-Roma güləşi üzrə yığmamızın 5 üzvü döşək üzərinə çıxıb və onların hamısı da cıxışlarını medal uğrunda gedən həlledici görüşlərələ başa vurub. Onlardan biri qızıl, 3-ü isə bürünc medal qazanıb.
Qızıl medal 82 kq çəkidə döşək üzrərinə çıxan Rafiq Hüseynovun aktivinə yazılıb. Həlledici final görüşünə qədər Tokio-2020- Yay Olimpiya Oyunlarının bürünc medalını və bir dəfə dünya. iki dəfə isə Avropa çempionu adını qazanan Hüseynov indi də AÇ-2022-nin finalında gürcüstanlı Qela Bolkvadzeni (2:1) məğlub edərək öz çəkisində üçüncü dəfə qitənin ən güclüsü adını qazanıb. Rafiq Hüseynov bununla da Azərbaycanın idman tarixinə yunan-Roma güləşi üzrə ilk dəfə 3 qat Avropa çempionu kimi daxil olub.
AÇ-2022-nin son günündə döşək üzərinə çıxan digər güləşçilərimizə gəlincə, bürünc medasl uğrunda kiçik finala çıxan Murad Məmmədov (60 kq) Razvan Arnautu (Rumıniya) 5:2, Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastyan Nadı 8:1, Ülvi Qənizadə (72 kq) isə İltva təmsilçisi Kristupas Sleyvanı 14:7 hesabla məğlub edib. Yalnız 97 kq-da güləşən Murat Lokyayev "bürünc" uğrunda görüşdə Avstriya idmançısı Daniel Qastluya uduzaraq (1:4) medalsız qalıb.
Maraqlıdır ki, bundan bir gün əvvəl mübarizəyə qatəlan 5 "klassikimizdən" də 4-ü cıxışını mükafatçılar arasında başa vurmuşdu. Eks-Avropa çempionu Eldəniz Əzizli (55 kq) qızıl medal qazanaraq ikiqat Avropa çempionu, Taleh Məmmədov (63 kq) yalnız finalda büdrəyərək gümüş, sabiq qitə çempionu Sənan Süleymanlı (77 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanmışdı.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası AÇ-2022-ni 2-si qızıl, 1-i gümüş və 5-i bürünc əyarlı olmaqla 8 medalla başa vurub. Bu isə sərbəst güləşçilərimiz kimi "klassiklərimizə" də komanda hesabında Avropanın birincisi olmaq imkanı verib.
Qeyd edək ki, aktivində 8 (2-1-5) medal olan Azərbaycan yığması 165 xalla birinci, Türkiyə 150 xalla ikinci, Gürcüstan isə 114 xalla üçüncü yeri tutub.
Bununla da Azərbaycan komandaları (yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığma) ümumilikdə AÇ-2022-də 3-ü qızıl, 6-sı gümüş və 7-si bürünc əyarlı olmaqla, 16 medal qazanıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)