İsgəndərov-Qədimbəyli-Hüseynov triosu AÇ-nın liderlər qrupunda yer alıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
İsgəndərov-Qədimbəyli-Hüseynov triosu AÇ-nın liderlər qrupunda yer alıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Sloveniyanın Terme Çateje şəhərində kişilər arasında şahmat üzrə keçirilən və Dünya Kubokuna seçmə xarakteri daşıyan şəxsi Avropa çempionatı davam edir. 15-i Azərbaycandan olmaqla 312 şahmatçının mübarizə apardığı bu çempionatda 8-ci tura yekun vurulub. Nəticə baxımdan turu Azərbaycan şahmatçıları üçün heç də uğurlu hesab etmək olmaz. Belə ki, hesabat turunda 9 şahmatçımız rəqiblə sülh bağladığı, ikisi isə qalib gəldiyi halda, 4 təmsilçimiz məğlubiyyətlə üzləşib. Yalnız Misrəttdin İsgəndərovla Şahin Vəliyevin qalib gəldiyi turda Abdulla Qədimbəyli, Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abbasov, Vasif Durarbəyli, Vüqar Əsədli, Murad İbrahimli, Gövhər Beydullayeva və Riyad Səmədov rəqiblə sülh bağlayıb. İkinci turda liderliyi ələ alan Aydın Süleymanlı, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə və Toğrul Həsənzadə isə rəqib qarşısında ağ bayraq qaldırıb.
Turun diqqətçəkən məqamı 3 Azərbaycan şahmatçısının eyni xalla yarış cədvəlində 3-5-ci yerləri tutmasıdır. Yeri gəlmişkən, AC-da ilk 20 yeri tutan şahmatçı Dünya Kubokunda iştirak etmək hüququ qazanmış olacaq.
Turnir cədvəli: 1. Mattias Blyubaum (Almaniya) - 7 xal, 2. Qabriel Sarkisyan (Ermənistan) - 6,5 xal, 3-5. Misrətddin İsgəndərov, Abdulla Qədimbəyli, Qədir Hüseynov - hərəyə 6 xal.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
