AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Türkiyənin Boğaziçi Universiteti, Yıldız Texniki Universiteti, İstanbul Texniki Universiteti, İstanbul Universiteti, Gəbzə Texniki Universiteti, Gəbzə Sənaye Mərkəzi ərazisində qurulmuş “Bilişim Vadisi” və “Texnopark İstanbul”da mühüm görüşlər keçirilib.


Görüşlər zamanı Türkiyə universitetləri ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. İkili diplom proqramları, birgə elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, AzTU texnoparkı və inkubasiya mərkəzinin yaradılması haqqında müzakirələr aparılıb, müvafiq sənədlər imzalanıb. Səfər çərçivəsində universitetlər və texnoparklarda yeni texnologiyalar mərkəzi və laboratoriyalara baxış keçirilib, texnoloji transfer məsələləri və universitet-sənaye işbirliyinin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020