Mərkəzi Gömrük Hospitalının həkimi Rusiya Rinologiyasının 30 illiyinə həsr olunmuş kursda iştirak edib

Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu Elvin Əzizov Rusiya Rinologiyasının 30 illiyinə həsr olunmuş “Burun boşlugu, paranazal sinuslar və qonşu anatomik strukturların, kadavra materialı üzərində bazal və genişləndirilmiş funksional endoskopik sinus cərrahiyyəsi" yubiley disseksiya kursunda iştirak edib.


31 mart – 2 aprel 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində  keçirilən kursda Azərbaycan, Qazaxıstan və Rusiyadan olan həkimlər iştirak ediblər. Ustad dərslərdə iştirak edənlər türkiyəli həkim Dr. Metin Önerçinin həyata keçirdiyi dörd parlaq endoskopik pansinusotomiya əməliyyatlarını izləmiş, əməliyyatlararası fasilələrində isə rusiyalı həkimlər Dr.Andrey Lopatin və Dr.Gennadi Piskunovun mühazirələrini dinləyiblər. Bütün əməliyyatlar professorların şərhləri ilə müşayiət olunub.


Həmçinin, tədbir iştirakçıları beynəlxalq disseksiya yubiley kursunda canlı cərrahiyyə əməliyyatlarını izləyib, Rusiyanın və Türkiyənin tanınmış yüksəkixtisaslı mütəxəssislərinin məruzələrini dinləyiblər.Ustad dərslərdə burun boşluguna, paranazal sinuslara və qonşu anatomik strukturlara aid 15-ə yaxın əməliyyat nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


Qeyd edək ki, artıq 30 ildir Rusiya Rinoloqlar Cəmiyyəti vaxtaşırı olaraq burun və paranazal sinusların xəstəlikləri ilə maraqlanan mütəxəssisləri bir araya gətirir, otorinolarinqoloqlar və yaxın ixtisasların nümayəndələri: üz-çənə, plastik və neyrocərrahlar, oftalmoloqlar, allerqoloqlar, immunoloqlar və başqaları arasında təcrübə mübadiləsinə kömək edir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020