Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır layihəsi çərçivəsində tədbirlər davam etdirilir +FOTO=5

“Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” layihəsi çərçivəsində tədbirlər davam etdirilir +FOTO=5

“Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” layihəsi çərçivəsində tədbirlər davam etdirilir 

 

Demokratik İslahatlar və Hüquq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaqlara qarşı zorakılıq məişət zorakılığıdır” layihəsi çərçivəsində tədbirləri davam etdirir. Layihə çərçivəsində növbəti tədbir- Tovuz rayonunda Elxan Məmmədov adına tam orta məktəbdə keçirilmişdir. Seminarda 30 nəfər (15 müəllim və valideynin, 15 nəfər orta məktəb şagirdi) iştirak etmişdir. Seminarda qeyd olunmuşdur ki, uşaqlara qarşı zorakılıq uşaqlara məhvedici təsir göstərir. Onların həyatı və sağlamlığı üçün bilavasitə riskdir. Uşaqlara qarşı zorakılıq uşaqların emosional rifahı və sonrakı perspektivləri üçün təhlükədir. Zorakılıq nəsildən nəsilə ötürülə bilər və zorakılığa məruz qalmış uşaqlar bunu normal hesab edə bilərlər.
Bir çox uşaqlar evdə, uşaq müəssisələrində, məktəblərdə və azadlıqdan məhrumetmə yerlərində müxtəlif zorakılıq formalarının qurbanları və şahidləri olurlar. Evdə bədən cəzaları, müəllimlər və həmyaşıdları tərəfindən qorxutma uşaqların həm də məktəbə getməməsinin səbəbi ola bilər. Dünyada məktəblərdə zorakılıq və reket gənclər arasında zorakılıq hallarının artmasına və bu isə öz növbəsində məktəblilər arasında suisidin artmasına gətirir. Uşaqlar arasında qeydə alınmış seksual zorakılıq hallarının artması da bu problemə diqqətin artırılmasını tələb edir. Seksual zorakılıq barədə susma, belə zorakılığın qurbanı olmuş uşaqların aşkar və müdafiə edilməsi mexanizmləri, o cümlədən zorakılığın qurbanı olmuş və ya risq altında olan uşaqların dövlət müdafiəsi, konfidensiallığın təmin edilməsi ptrosedurları barədə geniş məlumatların olmaması, uşaqlar üçün psixososial xidmətlərə müraciətlərlə bağlı stiqmatik problemlərin olması, yəni müraciətlərin psixi xəstəliklərlə əlaqələndirilməsi, uşaqlarda utanclıq hissinin yaradılması, bu barədə həmyaşıdlarının bilməsi ilə bağlı ethimallar problemlərə gətirib çıxarır. İnternetə çıxışın genişlənməsi uşaqlar üzərində zorakılığın internetlə qorxutma və onlayn seksual istismar kimi formalarını yaratmışdır. Zorakılığa məruz qalan yeniyetmələr böyüdükdən sonra onu həyatın bir hissəsi kimi qəbul edə bilərlər. Bəzi hallarda uşağa zərbə endirmə, silkələmə, təpik vurma, uşaqların cinsiyyət orqanlarına, bədənini digər hissələrinə toxunma və s. hərəkətlərin böyüklərin uşağa zərər vermək istəyib-istəmədiyindən asılı olmayaraq sui-istifadə və ya zorakılıq hesab edilməməsi barədə düzgün olmayan baxışlar da zorakılıq hallarının artmasına gətirir. Bu növ zorakılıqlar uşaqların mənəviyyatının məhv olmasına gətirib çıxarır. Belə hallar onların sağlamlığına, təhsilinə və ünsiyyət qabiliyyətinə mənfi təsir edir. Uşaqda uzunmüddətli xəsarətlərə səbəb ola biləcək fiziki və emosional izlər buraxır. Seminarı aparan hüquqşünas alim zorakılıq hallarının ilk mərhələdə müəyyən edilməsi, qarşısının alınması,zorakılığa görə məsuliyyət və zorakılığın qurbanları olan uşaqların dövlət müdafiəsi və qurbanların müraciət ünvanları barədə geniş məlumatlar verilmişdir. Seminar iştirakçılarına uşaqlara qarşı zorakılıq, onunla mübarizə, qurbanların dövlət müdafiəsi, müraciət ünvanları barədə məlumatları əks etdirən “Uşaqlara qarşı zoraılıq gələcəyimizi məhv edir” adlı bukletlər paylanmış, zorakılıqla bağlı müraciətlərə konfidensial şəkildə baxılmışdır. Seminar iştirakçılarına sertifikatlar və kiçik hədiyyələr verilmişdir.

 

Demokratik İslahatlar və Hüquq İctimai Birliyinin sədri:
Mərhəmət Əsgərova
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020